Beynəlxalq kredit reytinqi agentliyi Fitch Ratings Qlobal İqtisadi Görünüş Hesabatının sentyabr buraxılışını dərc edib. Hesabatın adı “Çin narahatlıqları artır” qoyulub.
Hafta.az-ın yazdığına görə, hesabatda dünya iqtisadiyyatının bu il gözləniləndən bir qədər daha sürətli böyüməsinin gözlənildiyi, lakin Çinin daşınmaz əmlak bazarında dərinləşən çöküşün qlobal artım gözləntilərinə kölgə saldığı bildirilib.
Hesabata əsasən, bu il qlobal iqtisadi artım proqnozu 2,4 faizdən 2,5 faizə yüksəldilib. Bu nöqtədə, inkişaf etməkdə olan bazarlardakı müqavimətə diqqət çəkilib.
Hesabatda 2024-cü il üçün artım proqnozu yüzdə 1,9, 2025-ci il üçün isə 2,8 faiz olub.
Bu ilin ikinci rübündə Türkiyə iqtisadiyyatının gözləniləndən daha güclü böyüməsinin ardından bu il üçün iqtisadi artım proqnozunun 2,5 faizdən 4,3 faizə yüksəldiyi vurğulanıb. Hesabatda Türkiyə iqtisadiyyatının 2024-cü ildə 3 faiz, 2025-ci ildə isə 3,4 faiz artacağı bildirilib. Həmçinin qeyd olunub ki, zəlzələdən sonra yenidənqurma layihələri üzrə dövlət xərclərinin iqtisadiyyatı dəstəkləməyə davam edəcəyi gözlənilir.